Yeni kartof sortları əldə olunub
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri müasir seleksiya üsullarından istifadə etməklə yeni kartof sortları əldə ediblər. “Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel” adları verilmiş seleksiya nümunələri dövlət sort sınağına təqdim edilib
7 May 2020 15:07 İqtisadiyyatTərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri müasir seleksiya üsullarından istifadə etməklə yeni kartof sortları əldə ediblər. "Turan", "Uğur", "Vaqif" və "Çənlibel" adları verilmiş seleksiya nümunələri dövlət sort sınağına təqdim edilib. "Olaylar" xəbər verir ki, İnstitutun direktoru Elmar Allahverdiyev bildirib ki, yeni sortların alınmasında xarici mənşəli toxumlardan istifadə olunub. Həmin toxumlar mikroklonal üsulla əldə olunub və laboratoriya şəraitində vurusdan təmizlənib. Səkkiz ildir bu istiqamətdə elmi işin aparıldığını bildirən E.Allahverdiyev vurğulayıb ki, tədqiqat işləri son 3 ildə yeni müasir metod və vasitələrdən istifadə edilməklə intensivləşdirilmişdi. "Bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40% daha çoxdur. Növbəti mərhələdə bu sortların patentləşdirilməsi və rayonlaşdırılaraq toxumçuluğunun təşkil olunması təmin olunacaq"-deyə direktor bildirib.