Suraxanıda 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.  "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-dən çoxdur.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Bu Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin göl ətrafı yol, həmçinin I və II köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən 20-ə yaxın dalan, döngə və yollarda da təmir işləri görülüb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılıb.

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 17.9 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31