Ermənistanın dövlət borcu ÜDM-nin təqribən 38 faizini təşkil edir
19 Aprel 2013 15:04 İqtisadiyyat2012-ci ilin sonuna Ermənistanın dövlət borcu 1 trilyon 508 milyon dram (3,738 milyard dollar) və ya ÜDM-nin 37,99 faizini təşkil edib. Trend-in cümə günü "Armenian report"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın maliyyə naziri vəzifəsini icra edən Vaçe Qabrielyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, borcun əsas hissəsi bilavasitə hökumətin öhdəliklərinin, 3,143 milyard dram və ya 594 milyon dollar isə Mərkəzi Bankın payına düşür.
Bununla yanaşı, daxili dövlət borcunun nominal dəyəri 294 milyard dramdır (1 dollar - 416,65 dram
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31