ARDNF tərəfindən valyuta hərraclarında  531,1 milyon dollar satılıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu aprel ayı ərzində həyata keçirdiyi valyuta hərracının miqdarını açıqlayıb. Fondun ictimaiyyətlə əlaqələr departamentindən "OLAYLAR"-a bildirilib ki, aprel ayı ərzində ARDNF tərəfindən valyuta hərraclarında  531,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki,  mart ayında isə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da əvvəlki ayla müqayisədə azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31