Elman Rüstəmov bağlanılan banklardan danışdı- xilas tədbirlərindən imtina etdilər
1 May 2020 12:50 İqtisadiyyat""Amrahbank"la bağlı dünənki etiraz hadisəsi emosional xarakter daşıyır. Artıq işçilərin əməkhaqqının verilməsi üçün tədbirlər görülür". "Olaylar"ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.E.Rüstəmov qeyd edib ki, həmin əməkdaşların işlə təminatına yardım ediləcək: "Qiymətləndirmələr göstərdi ki, "Amrahbank" da "Atabank"da oxşar vəziyyətdir. Kapital itkisinə yol verilib, maliyyə çatışmazlığı var. Bank sahibləri ilə görüşlərimiz oldu, xilas tədbirlərini bildirdik. Biz bankların bağlanmasının tərəfdarı deyilik. Bankların rəhbərlərinə kapitalın artırılmasını təklif etdik. Onların belə imkanı olmadığı üçün imtina olundu. Belə olan halda onların bağlanması yekdilliklə tövsiyə olundu". AMB sədri deyib ki, bu qərar uzunmüddətli qiymətləndirmə əsasında verilib.