Azərbaycanlı iş adamından Türkiyəyə iri miqdarda sərmayə

“İbra Holdinq”in Danimarka şirkəti ilə ortaq fəaliyyəti bir neçə sahəni əhatə edəcək

Azərbaycanın tanınmış iş adamı Tağı İbrahimovun rəhbərlik etdiyi "İbra Holdinq" şirkətlər qrupuna daxil olan "Elidra" şirkəti Danimarkanın "Unvire" şirkəti ilə İstanbulda ortaq fəaliyyət göstərəcək. Türkiyə mətbuatının xəbərinə görə, şirkətlərin ortaq fəaliyyətinə əsasən futbol qarşılaşmalarının biletlərinin satışı mobil telefon vasitəsilə həyata keçiriləcək. Türkiyə mətbuatı ARDNŞ-in Türkiyə mediasına girmək üçün "Star Media Grup" ilə müzakirələr aparmasından sonra "İbra Holdinq"in də Türkiyəyə sərmayə yatırmağa cəhd göstərməsini azərbaycanlı iş adamlarının Türkiyədə biznes qurmaq istəklərinin artması ilə xarakterizə edib. Bildirilir ki, Azərbaycan və Danimarka şirkətləri arasında əldə edilən razılığa əsasən banklarla POS (posterminal) cihazları ortadan qaldırılacaq. Bu anlaşma Türkiyədə futbol qarşılaşmalarnın biletinin satışını həyata kieçirən "Biletix"ə rəqib kimi də qeyd edilir. .Məlumat üçün qeyd etmək yerinə düşər ki, "Biletix" hazırda "Fənərbaxça" və "Beşiktaş"ın rəsmi şəkildə bilet tədarükçüsüdür.  Bu ilin yanvar ayında isə "Qalatasaray"  "Biletix"lə yollarını ayırıb.Qeyd edək ki, "Elidra" və "Unvire" arasında müzakirələr hələ keçən ilin noyabr ayında başlayıb. Birgə əməkdaşlıq təklifi də məhz Tağı İbrahimovdan gəlib. O zaman azərbaycanlı iş adamı "Unvire" şirkətinə  "İstanbulda bir ortaq fəaliyyət quraq. Bu yolla həm Türkiyə, həm də ətraf ölkələrdə potansial müştərilər qazana bilərik" təklifini vermişdi.  Qarşı tərəf də öz növbəsində bu təklifə razılıq verincə ortaqlar bu ilin fevral ayında İstanbul və Bolqarıstanda fəaliyyyət göstərməklə ofis açıblar.Azərbaycan şirkəti tərəfindən verilən açıqlamada qeyd olunub ki, "Planımızda ətraf ölkələr də var. Ancaq, əsas məqsədimiz Türkiyədir. Həmçinin ölkədə 86 faizə çatan mobil penetrasyon da diqqət çəkicidir".  Məlumata görə, İbrahimovun ilk layihəsi bank hesablarını mobil telefona istiqamətləndirmək və bir SMS-ə cavab yazaraq müştərinin ödəmə həyata keçirə bilməsini reallaşdırmaqdır. Beləliklə sistem POS cihazlarını tamamilə aradan qaldırmağı nəzərdə tutur."Unvire" şirkətinin rəsmisi Qriqor Bieler isə bildirib ki, Türkiyə mobil servislərə ən çox diqqət yetirən ölkələrdən biridir. "Şübhəsiz "Elidra" ilə güçlü və dəyərli servislər təqdim edəcəyik".Yeni ortaq fəaliyyət mobil telefonları sanki POS cihazına da çevirəcək. Yəni pərakəndə mağazalarda belə telefonla, posterminal olmadan ödəmə həyata keçirilə biləcək. Artıq Azərbaycan şirkəti Türkiyə bankları ilə bu mövzu ətrafında müzakirələrə başlayıb. Müzakirələrdə əsas mövzu isə bir ödəmə sisteminin yaradılmasıdır. Yazıda qeyd edildiyi kimi iki ortağın diğər hədəfi də mobil bilet satışıdır. Bu sahədə araşdırma aparan şirkət belə qənaətə gəlib ki, "Türkiyə idman, xüsusilə də futbol sahəsində olduqca aktivdir. Ölkədə onlarla stadion var. Bu stadionların da böyük əksəriyyəti 50 mindən artıq tamaşaçı tutur. Həmçinin film sahəsi isə ildə 25 milyon nəfərə xidmət edir. Türkiyədə avtobuslar, gəmi və qatarlar kimi bələdiyyə xidmətlərindən də hər il milyonlarla insan istifadə edir"."Elidra Qlobal"ın rəsmiləri Rusiya, Türkiyə, Balkan dövlətləri, Azərbaycan və Türk cümhuriyyətlərində də "Unvire"ın fəsaliyyətinin  genişləndirilməsi istiqamətində çalışacaqlarını bildiriblər. Təyyarədən gəmiyə, filmlərdən futbol qarşılaşmalarına qədər hər yerdə ödəmə sistemi həyata keçirəcək şirkətlər artıq Türkiyənin bir sıra aidiyyati qurumları ilə görüşlərə başlayıb. Şirkət rəsmiləri bildirirlər ki, hətta bilet alınıb gediləcək futbol və basketbol oyunları ilə bağlı da müzakirələr aparılır. Məlumat üçün bir məqamı da qeyd etmək yerinə düşər ki, bu sistem bütün dünyada, Şimali Avropa ölkələrində istifadə edilir. Dallasın bütün nəqliyyat sisteminin billet işləmi məhz "Unvire" şirkəti tərəfindən həyata keçirilir.Sistemin özəlliyi isə onun çox ucuz mobil telefonlar vasitəsilə də işləyə bilməsidir. Bilet alma tələbi bir SMS göndərməklə reallaşa bilir. Hətta göndərilən sorğuya cavab olaraq alıcıya bilet də SMS vasitəsilə çatdırılır. Ekranda əks olunan alqoritm mobil telefonun ekranından keçid sisteminə  (validator) həkk olunur. Bilet neçə nəfər üçün nəzərdə tutulubsa həmin sayda adam da sistemdən keçə bilir. Ortaq fəaliyyətin ilkin nümunəvi addımı da atılıb. Belə ki, Danimarka - Türkiyə milli qarşılaşmasının biletləri məhz bu sistemlə satılıb."İbra Holdinq"ə aid  olan "Elidra"şirkətinin  Türkiyəyə sərmayə qoyuluşu yalnız "Unvire" şirkəti ilə birgə ortaqlıqla bitmir. Belə ki,  Holdinq mobil ödəmə sahəsində "Kardlab",  loqistika sahəsində isə "Unispeed" adlı şirkətləri Türkiyədə ofislərini açıb.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31