PAŞA Holding kiçik fermerlərə dəstək verir

PAŞA Holding kiçik fermerlərə dəstək verir

Fermerlərə güzəştli mikrokreditlər vermək üçün PAŞA Holding Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) 5 milyon manat vəsait ianə edib. Bununla Holdinq Azərbaycan Respublikası Prezidentinin koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək etmək məqsədilə atdığı addımı dəstəklədiyini nümayiş etdirib. Ölkə başçısı 14 aprel 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatı üçün 30 milyon manat vəsait ayırıb. "Olaylar" xəbər verir ki, ayrılan vəsait fermerlərə 15 min manatadək məbləğli mikrokreditlərin verilməsinə yönələcək. 3 il müddətinə 12 ay güzəştlə verilən kreditlər bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün nəzərdə tutulub. Holdinqin ianə etdiyi vəsaitdən kənd yerlərində 1000-ə yaxın fermer ailəsinin faydalanacağı planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31