Azərbaycana Avropadan Laqun qoyunları gətirilib

Azərbaycana Avropadan Laqun qoyunları gətirilib

Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir. Bu günlərdə "Aqronavt" MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar. Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.

Qeyd edək ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31