Bakının bu küçələrində İŞIQ KƏSİLƏCƏK

Bakının bəzi  küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə  "Azərişıq" ASC-dən bildirilib.

Məlumata görə, Bakının Yasamal rayonu ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və təmir işləri aparılması ilə əlaqədar Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrində bu gün saat 10.30-dan 12.00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31