Deputat: “Qısa zaman ərzində neftin qiyməti qalxacaq”
21 Aprel 2020 10:42 İqtisadiyyat"ABŞ bazarında Brent markalı neftin qiyməti may ayı satışları üçün 0$-dan aşağı düşüb. Yəni, satıcı alıcının daşıma xərclərini də ödəyir, çünki rezervuarlarda yer də yox. AMMA bu ABŞ bazarında belədir yalnız. Bu gün Tramp 75 mln barel nefti almaq üçün rezervuarlarda yer müəyyən etdiklərini söylədi və bu məqsədlə 3 mlrd dollar vəsait ayırdı. Beynəlxalq bazarlarda isə Brent markalı neftin qiyməti 25$ həddindədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, ABŞ-da neftin qiymətinin bu cür düşməsi müvəqqəti xarakter daşıyır və qısa zaman ərzində qiymətlər qalxacaq: "İndidən iyun-avqust aylarnda çatdırmaq şərti ilə fyuçers qiymətləri 20-30 dollar arasında, sentyabr-dekabr ayları üçün isə 30-35 dollar arasında dəyişir. Bu o demək ki, bazar qiymətlərin tədricən qalxacağına inanır.
Yaxın zamanlarda dünya bazarlarında böyük həcmdə neft artıqlığı yaranacaq. Qiymətin düşməsi, xüsusilə də fiziki bazarda, həcmin tənzimlənməsi üçün vacib sayıla bilər, qiymət nə qədər aşağı olarsa, o qədər çox layihələr ixtisar olar və neftin hasilatı azalar. Həm də nəzərə almaq lazımdır ki, OPEK+ razılaşmasına əsasən hasilatın ixtisarı may ayından başlamalıdır. Məsələn, ABŞ hələdə gündə 10mln, Səudiyyə Ərəbistanı isə 12 mln barrel neft hasil etməkdə davam edir. Bu günlərdə Səudiyyələrin ABŞ-a böyük miqdarda neft yükləməsi də qiymətin bu qədər düşməsinə gətirib çıxardığını demək olar".