Azərbaycan Beynəlxalq Bankı Microsoft ilə müqavilə bağlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Microsoft Enterprise Agreement proqramı çərçivəsində Microsoft korporasiyası ilə uzunmüddətli əməkdaşlığa dair müqavilə bağlayıb. "Olaylar" Mincom.gov.az saytına istinadən xəbər verir ki, müqavilənin şərlərinə əsasən, ABB təşkilatda istifadə olunan bütün kompüterlərini Microsoft platformasına keçirmək hüququ qazanır. Enterprise Agreement Microsoft platformasını korporativ standart qismində seçən və kompüterlərinin sayı 250 və daha çox olan təşkilatlar üçün nəzərdə tutulur. Sənədin imzalanması ABB və Microsoft arasında geniş əməkdaşlıq perspektivləri açaraq innovasiyalı texnologiyaların tətbiqinə və bank proseslərinin optimallaşdırlmasına xidmət edir. Layihənin operatoru Softline International şirkətidir. Saziş bir sıra üstünlüklərə malik olmaqla ən vacibi mülkün maya dəyərinin qiymətinin azalmasıdır ki, bu da ödənişi birdəfəlik deyil, bir neçə illik ödənişlərlə etməyə imkan verir. Enterprise Agreement həmçinin Microsoft (Software Assurance) məhsullarının ən son versiyalarından istifadəyə şərait də yaradır. Sazişin qüvvədə olduğu müddət ərzində bank müqaviləyə daxil edilmiş bütün kompüterlərdə lisenziyalı məhsullardan istifadə, həm də yeni kompüterləri əlavə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31