Daşınan sərnişin sayı 68.4 % azalıb
Daşınan sərnişin sayı 68.4 % azalıb
17 Aprel 2020 14:15 İqtisadiyyatXüsusi karantin rejimi dövründə Bakı şəhəri istisna olmaqla respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə cari ilin 1-3 aprel tarixlərində 231624, 4-6 aprel tarixlərində 124292, 7-9 aprel tarixlərində 63653, 10-12 aprel tarixlərində 69043 və 13-15 aprel tarixlərində 73275 sərnişin daşınıb. Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Avtomobil Nəqliyyat Xidmətindən daxil olub. Bildirilib ki, cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68.4 % azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31