AÇG-dən 505 mln. ton neft hasil olunub
16 Aprel 2020 16:38 İqtisadiyyat"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. m3 qaz hasil edilib. Bu barədə məlumat "OLAYLAR"-a Energetika Nazirliyindən daxil olub. Bildirilib ki, AÇG-dən aprelin 1-ə kimi 505 mln. ton neft, 168,4 mlrd. m3 qaz hasil olunub. "Şahdəniz" istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m3 qaz, 29 mln. ton kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. m3 qaz isə ixrac edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31