Sumqayıt məmurlarının korrupsioner əməlləri araşdırılacaq
11 İyun 2012 13:34 İqtisadiyyatKorrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək" layihəsi çərçivəsində Sumqayıt şəhərində "Qaynar Xətt" xidməti yaradıb Fonddan "OLAYLAR"-a bildirilib ki, məqsəd vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və aidiyyatı dövlət orqanlarına operativ şəkildə göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31