Neft Fonduna AÇG layihəsindən 1,67 mlrd. ABŞ dolları daxil olub

Bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,671 mlrd. ABŞ dolları daxil olub. "OLAYLAR" Dövlət Neft Fonduna istinadən xəbər verir ki, bu məbləğin 100 mln. dolları "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.Bu ilin I rübü ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 98 mln. ABŞ dolları təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31