Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək

Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cəmiyyətin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq. Vətəndaşların müraciətləri cəmiyyətin (012) 498-15-84 və (012) 498-47-64 telefon nömrələri vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.

Bununla yanaşı, vətəndaşlar cəmiyyətin www.mst.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq. Bundan əlavə 20-28 mart 2020-ci il tarixində Cəmiyyətin rəhbərliyi növbəlilik əsasında fasiləsiz iş rejimində çalışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31