Sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdiriləcək
Sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdiriləcək
18 Mart 2020 13:47 İqtisadiyyatKoronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı preventive tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlıq subyektlər iüçün keçirilən təlimlər müvəqqəti olaraq dayandırılıb. Agentlikdən "Olaylar"a bildirilib ki, KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən məsləhət xidmətləri isə distant formada davam etdirilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı Xaçmaz KOB İnkişaf Mərkəzinin məsləhət xidmətlərindən istifadə etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:
Telefon/Whatsapp (055) 2221504 (Rauf Əliyev)
E-mail: [email protected]