Yeni deputat 3 təkliflə çıxış edib
Yeni deputat 3 təkliflə çıxış edib
16 Mart 2020 16:29 İqtisadiyyatMartın 16-da Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. İclasda yeni deputat Vüqar Bayramov yaxın zamanlarda nəzərdə tutulan məşğulluq üzrə dinləmələrlə bağlı fikirlərimi bölüşməklə yanaşı, 3 məsələnin də komitənin fəaliyyət planına daxil olunmasını təklif edib. "Olaylar" xəbər verir ki, deputat bildirilib ki, "Sosial sığorta haqqında" qanunun təkmilləşdirilməsi və məcburi sosial ödənişlər ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına məqsədəuyğun olardı. Minimum əmək haqqının artırılması sosial təminat baxımdan təqdirəlayiq və vacibdir. Bununla yanaşı, minimm əmək haqqı məbləği artdıqca məcburi sosial ödəniş məbləğlərində də artım olur. Hazırda xidməti müqavilə ilə çalışan və 250 manat gəlir əldə edən vətəndaşımız 62 manat 50 qəpik sosial vergi ödəyir. Bu da kifayət qədər yüksək məbləğdir.
V.Bayramov qeyd edib ki, məcburi köçkünlərin statusu və kompensasiyanın təyin edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Məsələn, mənzil sahibi olan məcburi köçkünlərə yemək, kommunal və digər xərclər üçün müavinətlər ödənilmir. Halbuki, vətəndaşımız mənzil problemini həll etməklə dövlətə xeyir vermiş olur: "Bundan başqa, sosial ödənişlərdə ünvanlığı təmin etmək üçün "Gəlirlərin deklorasiyası haqqında" qanunun qəbul olunması məqsədəuyğundur. Belə ki, bu qanun qəbul etməklə hər bi ev təsərrüfatının gəlirini müəyyənləşdirmək və sosial yardımlarda tam ünvanlığı təmin etmək mümkündür".