Vüqar Bayramov: “250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir”

Vüqar Bayramov: “250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir”

"Bu gün bəzi insanların rəsmi iş yerləri olmadığına görə, onlar bəzi məsələlərdə problemlər yaşayırlar". "Olaylar"ın məlumatına görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. Deputat  bildirib ki, bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir: "Məcburi ödənişlərlə minimum əmək haqqı arasındakı fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə də, "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilsin".

Vüqar Bayramov məcbur köçkünlərlə bağlı da məsələ qaldırıb. O söyləyib ki, məcburi köçkünlərə kompensasiya verilməsi ilə bağlı problemlər mövcuddur. Deputat onu da əlavə edib ki, gəlirlərin deklarasiyası haqqında da qanun layihəsi hazırlanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31