Birdəfəlik elektron viza yeni qaydada veriləcək

Birdəfəlik elektron viza yeni qaydada veriləcək

Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda  "Turizm haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. Bildirilib ki, hazırda qüvvədə olan qanuna əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Dəyişikliyə əsasən, birdəfəlik və ya çoxdəfəlik vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılacaq, imtina üçün əsas olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək. Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31