Qızıl niyə sürətlə ucuzlaşır?

Dünya bazarlarında qızılın qiyməti son iki ildə ən aşağı həddə çatıb.  Hazırda qızılın 1 Troya unsiyası (31,1034768 qram) 1384,69 dollara satılır. Milli.Az Financial Times-a istinadən bildirir ki, investorların qızılla yanaşı, mis və xam neftə olan maraqlarının itməsi Çinin ümumdaxili məhsulunun 2013-cü ilin 1-ci rübündə çox aşağı templə inkişaf etməsi ilə bağlıdır.

Bundan başqa, ABŞ iqtisadiyyatının yaxın vaxtlarda dirçələcəyi barədə də xəbərlər yayılır. Bu səbəbdən də investorlar qızıl satın almaqdan boyun qaçıraraq daha riskli, amma gəlirli aktivlərə üz tuturlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31