Yeni komitə sədri koronavirusun təsirindən danışdı
Yeni komitə sədri koronavirusun təsirindən danışdı
13 Mart 2020 13:07 İqtisadiyyatBu gün dünyada epidemiyanın yayılması, dövlət arasındakı gərginlik səbəbindən neftin qiyməti 35 dollara enmişdi. İlkin hesablamalara görə epidemiyanın yayılmasının iqtisadiyyata mənfi təsiri iyun ayında bitəcək".
Olaylar xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. T.Mirkişili bildirib ki, Azərbaycanda iqtisadiyyat kifayət qədər imunitet qazanıb: "Xüsusilə də 2015-ci ildə yaşanan neft şokundan sonra atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun inkişafı bu imuniteti yaradıb. Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması və xarici şoklardan qorunmaq üçün imkanlar var. Təxmini hesablamalara görə neftin qiymətinin 30-35 dollar civarında qalması dövlət büdcəsinə təxmini olaraq 270 milyon dollar təsir edə bilər. Hesab edirəm ki, bu da ciddi problem deyil".
Tahir Mirkişili sonda Azərbaycan xalqına müraciət edərək narahatçılığa heç bir əsas olmadığını, dollar almaq üçün bankların qarşısında dayanmağın mənasız olduğunu deyib.