SOCAR-da ''Özbəkneftegaz'' rəhbərliyi ilə görüş keçirilib

SOCAR prezidenti Rövnəq Abdullayev ''Özbəkneftegaz'' ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

SOCAR prezidenti Rövnəq Abdullayev chr("39")chr("39")Özbəkneftegazchr("39")chr("39") ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə SOCAR və chr("39")chr("39")Özbəkneftegazchr("39")chr("39") arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilmiş, "Özbəknefteqaz" ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib.

Azərbaycanın qlobal brendinə çevrilmiş SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilib, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınıb. SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin , Heydər Əliyev adına NEZ-in moderinizasiyası istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilib. Görüşdə SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strteji inkişaf planının əhəmiyyəti vurğulanıb, bildirilib ki, hazırda SOCAR və məşvərətçi McKinsey şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31