Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokundan 1 005 milyon ABŞ dolları gəlir əldə edib
Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokundan 1 005 milyon ABŞ dolları gəlir əldə edib
11 Mart 2020 11:57 İqtisadiyyatAzərbaycan bu ilin yanvar-fevral aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokundan 1 005 milyon ABŞ dolları gəlir əldə edib. "OLAYLAR"-a Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cari ilin 2 ayı ərzində "Şahdəniz" təbii qaz yatağından əldə olunan gəlir isə 69 milyon ABŞ dolları təşkil edib. Bununla da, "mavi yanacaq" yatağının istismarından əldə olunan gəlirin (2007-ci ildən bəri) ümumi məbləği 2 805 milyon ABŞ dollarına çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31