İqtisadçıdan vətəndaşlara çağırış: “Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin”

İqtisadçıdan vətəndaşlara çağırış: “Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin”

"Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin. Heç bir təşvişə ehtiyac yoxdur". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Pərviz Heydərov çıxış edib. O, bildirib ki,  2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfert təşkil edir: "Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq. Maaş və pensiyaların ödənilməsində heç bir çətinlik, problem və sair yaranmayacaq". İqtisadçı hesab edir ki, dünya bazarlarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət müvəqqətidir: "Ölkədən kənara çıxmırsızsa, əlinizdə və ovcunuzdakı manatı xarici valyutaya dəyişmək mənasızdır. Boş yerə gərginlik yaratmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31