Hindistanın ən yaxşıları- Ən böyük eksklüziv ticarət şousu təqdim edildi
Hindistanın ən yaxşıları- Ən böyük eksklüziv ticarət şousu təqdim edildi
10 Mart 2020 10:34 İqtisadiyyatANM Exhibitions Pvt. Ltd. şirkəti Bakı İdman Sarayında Millenial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası və Hindistanın Bakıdakı Səfirliyinin dəstəyi ilə Hindistanın ən yaxşıları- Ən böyük eksklüziv ticarət şousunun 7-ci buraxılışı təqdim edilib. Xarici ölkələrdə keçirilən bu silsilə ticarət şousu tədbirləri Hindistan sənayesinin müxtəlif sahələrə aid yüksək keyfiyyətli məhsullarını, xidmətlərini və texnologiyalarını davamlı surətdə bütün dünyaya təqdim etmişdir.
Olaylar.az bildirir ki, Hindistanın ən yaxşıları- Eksklüziv Hindistan məhsulları sərgisində yüksək keyfiyyətli məhsul və xidmətləri, o cümlədən düyü, çay, ədviyyat, hədiyyə, əl işləri, ev mebeli, tekstil, geyim, zinət əşyaları, kosmetika məhsullarını nümayiş etdirən 60-a yaxın Hindistan şirkəti iştirak edir.
Tədbirdə əsas diqqət çəkən məqam isə Mahatma Qandinin anadan olmasının 150 illiyi ilə əlaqədar Hindistan Səfirliyi tərəfindən nümayiş olunan Xadi və kənd sənayesi məhsullarının sərgisidir. Muslin və ya mulmul olaraq da tanınan Xadi, hind sənətkarları tərəfindən əl ilə əyirilib toxunmaqla hazırlanan təbii lif parçadır. Pambıq, yun və ipək, eləcə də bu təbii liflərin birləşməsi olan Xadi Hindistan kəndlilərinin özünə inamının simvoludur.
Biznes və ticarətdən əlavə, tədbirdə Hindistanın zəngin mədəniyyət irsinin xalq rəqsləri vasitəsilə təmsil olunması Hindistanın ən yaxşıları təcrübəsinə əlavə dəyər qatır. Sərgiyə giriş ödənişsizdir.
Hindistanın ən yaxşıları şousunun rəsmi açılışına Hindistanın Azərbaycandakı səfiri zati-aliləri cənab B. Vanlalvavna və Millenial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti, cənab Anil Triqunayat tərəfindən keçirilib. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də tədbirdə iştirak etdilər.
Bundan əvvəl, ticarətin birgə təşviqi məqsədi ilə Millennial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (MIICCIA) ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azerbaijan Respublikası TSP) arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum Azərbaycan Respublikası TSP-nın Bakıdakı ofisində Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvavnanın iştirakı ilə MIICCIA-nın prezidenti cənab Anil Triqunayat və Azərbaycan Respublikası TSP-nın prezidenti cənab Niyaz Əli-zadə tərəfindən imzalanmışdır.


