“İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib

“İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə "İşgüzar Qadınlar Liqası" tədbiri keçirilib. KOBİA-dan "Olaylar"a bildirilib ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın ictimai-siyasi həyatında qadınların fəaliyyətini vurğulayıb, qadın sahibkarların məşğulluğun artmasında, özəl bölmənin inkişafında rolunu qeyd edib, bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Nazir müavini qadın sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsinin və qadınlarda biznes fəaliyyətinə marağın artırılmasının önəmini diqqətə çatdırıb, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara uğurlar arzulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində öz biznesini qurmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla sıx əməkdaşlıq etdiyini, KOBİA-nın dəstək və xidmətlərindən qadınların da yararlandığını bildirib. Tədbirdə sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz biznesini quran və genişləndirən qadınlar barədə "Uğur sahibləri" filmləri nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31