Misir İsrailə qaz satışını dayandırdı

İki ölkə arasındakı uzunmüddətli sazişi Misir tərəfdən pozulub

Misir İsrailə qaz satışını dayandırır. Misir hökuməti İsrail hökumətini bu ölkə ilə uzunmüddətli qaz sazişini pozduğu barədə məlumatlandırıb. Bundan bir qədər əvvəl isə İsrailin xarici işlər naziri Aviqdor Liberman İsrailin baş naziri Benyamin Netanyahuya rəsmi məktub göndərərək, Misirdəki vəziyyətlə bağlı narahatlığını ifadə etmişdi. Liberman məktubda İsrail-Misir sərhədindəki vəziyyətin İran təhlükəsindən daha vacib olduğunu bildirib və Misirdə gözlənilən siyasi dəyişikliklərə hazırlıqlaşmaq üçün sərhədə 3-4 diviziya göndərilməsini məsləhət görüb. İsrailin xarici işlər nazirinin fikrincə, Misir tərəfi sülh sazişini poza və İsraildən icazə almadan Sinay yarımadasına əlavə qüvvələr yeridə bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31