Tütünçülüklə bağlı tapşırıq verildi
Ölkədə tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin hədəflərinin müəyyən etmək, mövcud çətinliklər və onların həlli məqsədilə Oğuz və Qax rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib
5 Mart 2020 16:17 İqtisadiyyatÖlkədə tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin hədəflərinin müəyyən etmək, mövcud çətinliklər və onların həlli məqsədilə Oğuz və Qax rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə "Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda iclas keçirilib. "Olaylar"ın məlumatına görə, toplantıda Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Oğuz və Qax rayonlarında tütün istehsalının artırılması üçün mövcud imkanlarından səmərəli istifadən, toxum, texnika, mineral gübrələrlə təminat, tütünün tədarükü, satışı və emalı ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər.
Tədbirdə Oğuz və Qax rayonlarının tütün qəbulu və emalı müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, tütünçülük təsərrüfatlarının ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında müqavilə şərtləri və digər məsələlər müzakirə edilib. Tütün toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.