Ölkədə yem istehsalının genişləndirilməsi perspektivləri müzakirə olunub
Ölkədə yem istehsalının genişləndirilməsi perspektivləri müzakirə olunub
5 Mart 2020 16:15 İqtisadiyyatAqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun təşkilatçılığı ilə Ağdaş rayonunda "Yem istehsalında mövcud problemlər və perspektivlər" mövzusunda elmi-praktiki seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, birbaşa istehsal sahəsində - Ağdaş rayonundakı yem emalı zavodunda baş tutmuş tədbirdə heyvandar fermerlər, sahə ilə bağlı olan mütəxəssislər, elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də özəl və dövlət sektorunun nümayəndələri iştirak ediblər. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, özəl sektorla güclü elmi-iqtisadi əlaqələr qurularaq ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində hədəflərin həyata keçirilməsi planlaşdırılır.
Seminarın praktik hissəsi Ağdaş yem zavodunun istehsalat sahəsində və Qəbələ rayonunda fəaliyyət göstərən müasir heyvandarlıq kompleksində davam etdirilib. Yem istehsalının texnoloji prosesi yaxından izlənilib, ölkədə yem bitkilərinin əkin istiqamətinin gücləndirilməsi müzakirə olunub, cins heyvanların bəslənmə qaydaları, rasionların düzgün təşkili istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.