Əmlak Xidmətləri Məkanında və səyyar avtobuslarda dezinfeksiya işləri aparılıb
Əmlak Xidmətləri Məkanında və səyyar avtobuslarda dezinfeksiya işləri aparılıb
5 Mart 2020 12:09 İqtisadiyyatKoronavirus (Covid-19) və digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri aparıb. Komitədən "Olaylar"a verilən məlumata görə, bununla yanaşı, vətəndaşların ünvanlarında xidmət göstərən səyyar avtobuslar da dezinfeksiya olunub. Qeyd edək ki, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində hər həftə müxtəlif ünvanlarda vətəndaşlara xidmət edən mobil ofislər də əraziyə çıxmamışdan öncə dezinfeksiya ediilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31