“CoronaCoin” kriptovalyutası yaradıldı – Yoluxma halları artdıqca...

“CoronaCoin” kriptovalyutası yaradıldı – Yoluxma halları artdıqca...

Ethereum blokçeyni bazasında koronovirusa ithaf olunan "CoronaCoin" kriptovalyutası yaradılıb.

Olaylar.az bildirir ki, "Cryptoiq.co"da yer alan məlumata görə, tokenlərin sayı Yer kürəsinin əhaləsinin sayına bərabərdir. Yəni kriptovalyutanın məzənnəsi COVID-19 ilə yoluxma və ölüm hallarının sayından asılıdır.

Belə olan halda koronavirusa yoluxmuş və ya virusa yoluxaraq həyatını itirmiş insanların sayı artdıqca tokenlərin dəyəri də yüksəlir.

Kriptovalyutanın yaradıcıları qeyd ediblər ki, CoronaCoin-in yaradılması öz növbəsində insanlara epidemiyanın hansı miqyasda olduğunu göstərmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31