Azərbaycan “OPEC plus” nazirlərinin 8-ci iclasında təmsil olunacaq

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, nazir martın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşündə iştirak edəcək.

"OPEC plus" nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək və martdan sonrakı dövr üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında "OPEC plus" üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Bu Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi daha 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31