ATU-da koronavirusa qarşı təkrar dizenfeksiya işləri aparılıb

ATU-da koronavirusa qarşı təkrar dizenfeksiya işləri aparılıb

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Azərbaycan Tibb Universitetində (ATU) də hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. "OLAYLAR"-a bildirilib ki, Universitetin 5 tədris binası, 4 tədris klinikası, 4 tələbə yataqxanası, 1 inzibati binası, idman kompleksi və Elmi-Tədqiqat Mərkəzi ikinci dəfə dezinfeksiya olunub, virus əleyhinə dərman səpilib.

Xatırladaq ki, ATU-da koronavirusa qarşı dezinfeksiya işləri hələ xəstəlik haqqında ilkin xəbərlər yayılmağa başlayanda aparılmışdı. Ümumiyyətlə, hər tədris ilinin əvvəlində universitetin bütün tədris korpusları və klinikaları virus əleyhinə dezinfeksiya olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31