Maliyyə Nazirliyi Dünya Bankı ilə birgə seminar təşkil edib
Martın 4-də Dünya Bankının “Azərbaycanda Ortamüddətli Planlaşdırmanın Gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Bankın birgə təşkilatçılığı ilə “Nəticəəsaslı büdcə planlaşdırmasına keçid çərçivəsində sektor strateji planlarının hazırlanması” mövzusunda seminar keçirilib.
4 Mart 2020 15:17 İqtisadiyyatMartın 4-də Dünya Bankının "Azərbaycanda Ortamüddətli Planlaşdırmanın Gücləndirilməsi" texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Bankın birgə təşkilatçılığı ilə "Nəticəəsaslı büdcə planlaşdırmasına keçid çərçivəsində sektor strateji planlarının hazırlanması" mövzusunda seminar keçirilib. Seminarda Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə planlamasına keçid, təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorları üzrə strateji planların hazırlanması mövzuları ətrafında müzakirələr aparılıb. "Olaylar" xəbər verir ki, nazir müavini Azər Bayramov Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası" və digər müvafiq sənədlərə əsasən, ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına dair qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılmasını təmin edən nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidlə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi çıxış edərək Bankın Azərbaycan hökuməti, o cümlədən Maliyyə Nazirliyi ilə birgə həyata keçirilən layihələrindən bəhs edib. O bildirib ki, Dünya Bankı "Azərbaycanda Ortamüddətli Planlaşdırmanın Gücləndirilməsi" texniki yardım layihəsi çərçivəsində ortamüddətli xərclər çərçivəsinin tətbiqi, nəticəəsaslı büdcə mexanizminə keçidin reallaşdırılması istiqamətində Maliyyə Nazirliyinə ardıcıl olaraq dəstək göstərir.