Epizootiya əleyhinə profilaktik peyvəndləmə tədbirləri davam etdirilir

Epizootiya əleyhinə profilaktik peyvəndləmə tədbirləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, cəbrayıllılara məxsus təsərrüfatlarda epizootik sabitliyi qorumaq məqsədi ilə 2020-ci il üçün təsdiq edilmiş epizootik plana uyğun olaraq iri və xirdabuynuzlu heyvanlar, itlər və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Biləsuvar rayonunda salınmış köçkün şəhərçiyində yerləşən Cəbrayıl Rayon Baytarlıq İdarəsi 11 sahə baytarlıq məntəqəsi vasitəsi ilə rayon sakinlərinə məxsus olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlara arasında nyukasl, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın sonları, martın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31