Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib

Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təhsil Nazirliyindıən "OLAYLAR"-a bildirilib ki, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az)   müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31