“Made in Azerbaijan” brendi beynəlxalq sərgilərə çıxarılacaq

“Made in Azerbaijan” brendi beynəlxalq sərgilərə çıxarılacaq

"Made in Azerbaijan" brendinin  təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması və eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədi ilə tədbirlər bu il də davam etdiriləcək. AZPROMO -dan "Olaylar"a bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə tikinti və inşaat məhsulları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri Rusiyanın Moskva şəhərində təşkil olunacaq "MosBuild 2020" beynəlxalq sərgisində iştirak edəcəklər. Bundan başqa, ilin sonunadək Cənubi Koreya, Fransa, Rusiya, Çin, BƏƏ və digər ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə Azərbaycan məhsullarının "Made in Azerbaijan" vahid ölkə stendində nümayişi, eləcə də Şərqi Avropa, MDB və körfəz ölkələrinə, həmçinin Cənubi Koreya, Çin, Türkiyə və digər ölkələrə ixrac missiyalarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2020-ci ilin may ayında qida, şərab və digər spirtli içki məhsulları sahəsində Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyada Almaniya, Polşa, Xorvatiya, Avstriya və Macarıstandan olan sahibkarların iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31