Növbəti “KOB Dostu” Mingəçevirdə fəaliyyətə başladı
Növbəti “KOB Dostu” Mingəçevirdə fəaliyyətə başladı
3 Mart 2020 11:34 İqtisadiyyatİqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznes Dostu ("KOB Dostu") Mingəçevir şəhərində fəaliyyətə başlayıb. "Olaylar" xəbər verir ki, bununla bağlı martın 2-də KOBİA-nın təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, sahibkarların və onlara xidmət göstərən dövlət qurumlarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək tədbirləri, "KOB Dostu" mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostları tərəfindən regionlarda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. "KOB Dostu" ilə fəal əməkdaşlıq Mingəçevirdə və ətraf rayonlarda yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, "KOB Dostu"nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.Tədbirdə Mingəçevirdə KOB Dostu Ayaz Adilov sahibkarlara təqdim edilib, KOBİA-nın fəaliyyətinə və "KOB Dostu" mexanizminə dair video çarxlar nümayiş olunub.