İnam Kərimov: “Aqrar sahə innovasiyaların tətbiqi üçün ən uyğun sahələrdən biridir”

İnam Kərimov: “Aqrar sahə innovasiyaların tətbiqi üçün ən uyğun sahələrdən biridir”

"Aqrar sahədə inkişafın əsasını, məhz innovasiyalarının tətbiqi təşkil edir. Qarşımizda duran əsas vəzifə torpaq və su resurslarınında səmərəli istifadə etmək, ətrah mühitin qorunmasını təmin etməkdir. Həmçinin fermerlərinin gəlirlərinin artırılması və  eyni zamandan xərclərinin azaldılması, əsas hədəflərimizdəndir. Məhz bu zərurətlərdən irəli gələrən aqrar sahədə mütərəqqi həllərin, innovativ metodların, müasir texnologiyların tətbiqi vacibidir".  Olaylar" xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri İnam Kərimov "AgroHackathon 2020" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib. Nazir əlavə edib ki,

aqrar sahə innovasiyaların, elektron həllərin, proqramların tətbiqi üçün ən uyğun və tələbkar  sahələrdən biridir: "Bu gün kənd təsərrüfatı İT texnologiyalarının ən geniş tətbiq olunduğu sferalardan birinə çevrilib. Dronların tətbiqi, subsidiyaların operativ və şəffaf şəkildə verilməsini təmin edən, aqrar xidmətləri fermer üçün daha əlçatan edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, dəqiq aqrodataların toplanmasına imkan verən platformaların istifadəyə verilməsi bunların yalnız bir hissəsidir. Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə innovasiyaların tətbiqini hər zaman dəstəkləyir və bu yanaşma bizim fəaliyyət prinsiplərimizdən birinə çevrilib. Müasir dövrdə gənclərin aqrar sektora cəlb edilməsi qlobal çağırışlardan biridir. Ümidvaram ki, "AgroHackatton-2020" müsabiqəsi gənclərin aqrar sahəyə marağını daha da artıracaq. Keçirilən müsabiqə və əldə olunan nəticələr göstərir ki, gənclərimizin bu sahədə böyük potensialı var. Onlar öz bilik və bacarıqlarını aqrar sahəyə dair mobil tətbiqlər yaratmağa, prosesləri proqramlaşdırmağa sərf etməklə ölkədə kənd təsərrüfatının inkişafına öz töhfələrini vermiş olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31