Argentinanın Azərbaycandakı səfiri Pirallahı Sənaye Parkında olub

Argentinanın Azərbaycandakı səfiri Pirallahı Sənaye Parkında olub

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella və Səfirliyin bir qrup əməkdaşı Pirallahı Sənaye Parkında olub. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, qonaqlar üçün sənaye parklarının fəaliyyətini əks etdirən təqdimat keçirilib, ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib. Argentina səfiri və Səfirliyin əməkdaşları Pirallahı Sənaye Parkında görülmüş işlər, Parkın rezidenti "R-Pharm" MMC-nin istehsal prosesi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31