İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Lənkəran rayonunda Aqrar  Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, görüşdə Kənd  Təsərrüfatı naziri İnam Kərimov,  Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: "Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31