Bank aktivləri artıb
15 Aprel 2013 18:13 İqtisadiyyatCari il mart ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri AtaBank" ASC üçün uğurlu olub. Bankdan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, keçən ilin mart ayı ilə müqayisədə aktivlər 31.1 faiz və ya 70.6 milyon manat artaraq 297.8 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərəçarpacaq dərəcədə artım olub. Ümumi kredit portfeli 28.9 faiz və ya 44.7 milyon manat artaraq, 199.2 milyon manat təşkil edib. Hesabat tarixinə bankın depozit portfelində də əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Belə ki, bu göstərici 62.4 milyon manat artaraq, 252.3 milyon manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31