Bakıda işıqlar niyə sönüb? – RƏSMİ AÇIQLAMA

Bakıda işıqlar niyə sönüb? – RƏSMİ AÇIQLAMA

Bir neçə dəqiqə öncə Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, 110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsinə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.

"Azərişiq" ACS-dən verilən məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31