İçməli suyun qiymətinin artırılması üçün heç bir əsas yoxdur - FİKİR
Vüqar Bayramov: “Bu, əhalinin soaial vəziyyətinə mənfi təsir göstərəcək”
15 Aprel 2013 17:12 İqtisadiyyatAzərbaycanda işməli suyun satış qiymətinin artırılması barədə müxtəlif fikirlər səslənməkdədir. "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov mətbuata açıqlamasında bəyan edib ki, məsələ ilə əlaqədar Tarif Şurasına müraciət edilməsi gözləniləndir. Bəs, reallıqda necə, hazırki şəraitdə əhaliyə verilən içməli suyun qiymətinin artırılması nə dərəcədə iqtisadi əsaslara söykənir. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, hazırki şəraitdə içməli suyun qiymətinin artırılması üçün heç bir iqtisadi zəmin yoxdur. Onun sözlərinə görə, tənzimlənən qiymətlərə baxılması və onların artırılması indiki halda məqbul deyil. Nəzərə almaq lazımdır ki, tənzimlənən qiymətlərin artırılması bütün hallarda insanların sosial vəziyyətinə təsir göstərir. Tənzimlənən qiymətlər o məhsul və yaxud xidmətlərə tətbiq edilir ki, onlardan vətəndaşlar gündəlik istifadə edir: "Içməli su da vətəndaşların gündəlik istehlak etdikləri məhsuldur. Bu baxımdan içməli suyun qiymətinin artırılması birmənalı şəkildə əhalinin xərclərinin artırılmasına gətirib çıxaracaq. Ona gərə də çox önəmlidir ki, tənzimlənən qiymətləri artıran zaman məsələyə ehtiyatlı yanaşılsın. Yəni qiymət artımı elə səviyyədə olsun ki, bu proses əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməsin". Ekspertin sözlərinə görə, Azərbaycanda içməli su mavi yanacaq və digər xidmətlərdən fərqli olaraq hüquqi və fiziki şəxslərə daha baha qiymətlərlə satılır. Bu, "Azərsu" ASC-yə imkan verir ki, baha qiymətə satdığı sudan əldə etdiyi gəlirlər hesabına müxtəlif layihələr həyata keçirsin. Digər tərəfdən "Azərsu" beynəlxalq qurumlardan kifayət qədər böyük həcmdə kreditlər alır. Bütün bunlar imkan verir ki, "Azərsu" öz xərclərinin müəyyən hissəsini sibsidiyalar hesabına qapada bilsin. Həmçinin nəzərə almaq lazımdır ki, bu sahədə tariflər heç də aşağı deyil. V. Bayramov bildirib ki, Azərbaycanda əhalinin içməlu su ilə təminatı sahəsində əhəmiyyətli məqamlardan biri qeydiyyatsız xəttlərin olmasıdır: "Belə xəttlərin çoxluğu deməyə əsas verir ki, "Azərsu" Bakı şəhəri üzdə satdığı içməli suyun təxminən 15 faizinin haqqını ala bilmir: "İndiki məqamda daha yaxşı olardı ki, kommunal xidmət haqlarının ödənilməsinə məsul olan qurumlar birmənalı şəkildə qeydiyyatsız xətt problemini həll etsinlər, satılan məhsulun haqqının ödənilməsi sahəsində qayda-qanun yaratsınlar. Məhz o zaman tariflərin artırılmasına ehtiyac olmayacaq. Xidmət sahələri isə əhalidən və müəssisələrdən yığılan xidmət haqları hesabına rentabelli işləmək imkanı qazanacaqlar". Digər vacib bir məqam içməli suyun keyfiyyəti ilə bağlıdır. Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı müxtəlf rəylər var. Bakıya Qəbələ-Oğuz-Bakı kəməri ilə verilən içməli suda yod azlığı haqqında ekspert rəyləri, digər kəmərlərlə çatdırılan suyun yaxşı təmizlənməməsi ilə bağlı narahatçılıqlar var. Müasir şəraitdə içməli suyun keyfiyyətinin artırılması olduqca vacibdir. Digər tərəfdən hələ də paytaxtın bir sıra ərazilərində içməli su fasilələrlə verilir. Lakin heç bir MDB ölkəsinin paytaxtında içməli su fasilələrlə verilmir: "Azərbaycan son illərdə kifayət qədər inkişaf edib, imkanlar kifayət qədər genişlənib, iqtisadi inkişaf səviyyəsinə görə, MDB ölkələrti arasında ilk üçlüyə daxil olub. Buna rəğmən hələ də Bakı sakinləri işməli suyu fasilələrlə alırlar. Bu sahədə vəziyyətin yaxşılaşdırılması, içməli suyun beynəlxalq standartlara çatdırılması daha önəmlidir, nəinki əhaliyə satılan içməlu suyun qiymətininin artırılması ilə bağlı qərarın qəbul edilməsi".
Qeyd edək ki, "Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 04 nömrəli "Azərsu" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə" Qərarı"na edilən əlavə və dəyişikliklərə əsasən ölkədə içməıli suyun 1 kubmetri 30 qəpiyə təklif edilir. Müqayisə üçün xatırladaq ki, suyun qiyməti ilə müqayisədə elektrik enerjisi 6, qaz isə 10 qəpiyə satılır.
Alim