“BP ilə bağlı problem Azərbaycanın neft sektoruna mənfi təsir edib
Qadir İbrahimli: “Neft sektorunda məhsul istehsalının aşağı düşməsinin Azərbaycanda baş verən iqtisadi proseslərlə heç bir əlaqəsi yoxdur”
15 Aprel 2013 16:54 İqtisadiyyatDövlət Statistika Komitəsindən mətbuata daxil olan məlumata görə, Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.9% artaraq sənaye məhsulunun 19.2%-ni təşkil edib, neft sektorunda isə məhsul istehsalı 2.9% azalıb. Məsələyə münasibət bildirən iqtisadçı Qadir İbrahimlinin sözlərinə görə Azərbaycanda neft hasilatı ilə əsasən BP şirkəti məşğul olur: "Həmin şirkətlə bağlı müəyyən problemlər ortaya çıxdı, hətta məsələ Azərbaycan prezidenti səviyyəsində qaldırıldı. BP ilə bağlı verilən proqnozların heç biri digərinə uyğun gəlmir. Bu gün BP ilə bağlı müxtəlif şərhlər verilməkdədir. Azərbaycanda neft sektorunda məhsul istehsalında azalmanın müşahidə edilməsi də həmin problemlə əlaqdərdır. Sektorda azalmanın Azərbaycanda baş verən iqtisadi proseslərlə heç bir əlaqəsi yoxdur". ("OLAYLAR" İA)