Güclü külək qaz xətlərini və sayğacları zədələyib
Güclü külək qaz xətlərini və sayğacları zədələyib
25 Fevral 2020 16:44 İqtisadiyyatGəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub. Bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.
Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31