Tovuz və Göygöldə toxumçularla görüş keçirilib
Tovuz və Göygöldə toxumçularla görüş keçirilib
25 Fevral 2020 15:00 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Toxumçular Assosiasiyası tərəfindən regionlar üzrə toxumçularla görüşlər davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilb ki, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə Tovuz, Gədəbəy, Qazax, Ağstafa rayonları, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə isə Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarında toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edib. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Emin Eyvazov və Göygöl DAİM-in rəhbəri Atəş Avazov ölkədə aqrar sahədə aparılan islahatlar barədə toxumçuları məlumatlandırıb. Hər iki görüşdə bildirilib ki, DAİM-lərin işi fermerlərə yaxınlıq prinsipi əsasında qurulub.
Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin əməkdaşı Firad Nəsirov şöbənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların yaranmasına hüquqi və texniki dəstək göstərilməsi, fəaliyyətlərinin təkmilləşdirilməsi, dövlət və özəl təşkilatlarla assosiasiyalar arasında koordinasiyanın təmin edilməsi istiqamətində fəaliyyətinə toxunub. O, son iki ildə yaradılmış aqraryönümlü assosiasiyalarin fəaliyyəti barədə fermerlərə məlumat verib, assosisiyalarda birləşmənin üstünlükləri onlara izah edib.