Xarici üzüm sorlarının budama qaydaları mövzusunda tarla-seminarı keçirilib
Xarici üzüm sorlarının budama qaydaları mövzusunda tarla-seminarı keçirilib
24 Fevral 2020 14:38 İqtisadiyyatAqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri ölkəyə yeni gətirilmiş bir çox üzüm sortlarının yerli şəraitə uyğun becərmə texnologiyaları öyrənilərək fermerlərə tövsiyə ediblər. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, "Prima", "Red qlob", "Viktoriya", "Ora", "Parkent", "Attika", "Autumun royal", "Danuta", "Sentenial sidlis", "Sultanina", "Superior", "Aleatiko", "Alikant buşe", "Karignan", "Qara qrenaj", "Marselan", "Marsanne", "Montepulçiano", "Pino naur", "Petit verdo", "Roussanne" kimi sortların aqrobiloji və adaptasiya xüsusiyyətlərinin, becərilmə texnologiyasının öyrənilməsi istiqamətində tədqiqat işləri həyata keçirlər.
Maarifləndirməni davam etdirmək məqsədi ilə bu həftə institutun əməkdaşları Şamaxı rayonununun Çarhan kədindəki "Xırman" müəssəsinə məxsus üzüm bağlarında "Xarici üzüm sorlarının budama qaydaları" mövzusunda tarla-seminarı keçiriblər. Seminarda üzüm bağında əkilib-becərilən xarici "Red qlob", "Viktoriya", "Çəhrayı tayfı" üzüm sortlarının konkret şəraitdə əyani formada budaması aparılıb, müvafiq formalar müəyyən edilib. Tarla seminarında iştirak edən Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Sənan Zeynalov isə üzümçülüyün inkişafına verilən dövlət dəstəyi haqqında mülumat verib. Bildirib ki, bu ildən üzüm bağlarının salınmasına hektara görə 800 manat subsidiya veriləcək ki, bu dəstək fermerlər üçün yeni bağlar salmaqda ciddi maddi imkan yaradır.