ABŞ Kanadanın Albertan bölgəsindəki 95%-lik neft ehtiyatını İngiltərədən gizlədir - DÜNYA

Kanada Amerika və geniş yəhudi lobbisi şəbəkəsi tərəfindən Avropanın işğal planından mühafizə olunur

Kanada dünyanın 10 ən inkişaf etmiş ölkəsindən biridir, iqtisadi inkişaf tempinə görə ölkələr arasında birinci yerdədir. Ölkə iqtisadiyyatının inkişafının mərkəzində Kanadanın sahib olduğu külli miqdarda təbii ehtiyatlar dayanır. Atlantik, Preyr və Sakit okean Kanadanın təbii ehtiyatları ilə ən zəngin bölgələrdir. Atlantik balıqçılıq, meşə zolaqları, təbii ehtiyat mədənləri, Preyr çoxlu sayda mədənlər, Britiş Kolumbiya geniş meşə zolaqları, mədənçilik və təbii turizm ehtiyatlarına malikdir. Kanada dünyaya iqtisadiyyatının imkanlarından istifadə edərək bütün sahələr üzrə istehsal məhsulları ixrac edir. İstehsalat, mədənçilik və xidmət sektorlarındakı inkişaf Kanada iqtisadiyyatının lokomotivi sayılır. Taxta-şalban və neft istehsalı üzrə əsas enerji ixracatçısıdır, dünyanın ən böyük sink və uran istehsalçısıdır. İllik adambaşına düşən 45 min ABŞ dolları ilə dünyanın ən zəngin ölkələri arasındadır. Neft ehtiyatına görə Səudiyyə Ərəbistanından sonra ikinci yerdədir.  

2030-cu ildə Albertan nefti ABŞ-ın neft idxalının 36%-ni təşkil edəcək

Kanadanın qərbində - Şimal qütbünə yaxın ərazilərdə meşələrin və böyük bataqlıqların ətrafında yerləşən kömür yataqları ziftli qumlarla zəngindir. Albertan regionu ABŞ-ın əsas idxal bazası sayılır. Kanadanın neft ehtiyatlarının 95%-i Albertandadır. Meksika körfəzindən fərqli olaraq Kanadanın bu bölgəsində neft yerin üz qatında toplanıb. Lakin ərazilərdən istehsal edilmək üçün çıxarılan neftin istehsalından sonra ortaya bir sıra problemlər çıxır. Zəhərli bataqlıqlar, istixana effektinin yaranması və Şimal meşəliklərinin məhv olması həmin silsiləyə aiddir. Ərazidən ABŞ-dakı emal zavodlarına daşımaq üçün çəkilən boru kəmərlərinin təhlükəsizlik tədbirləri isə standartlara cavab vermir. Bu amilə görə ABŞ dəfələrlə Avropa İttifaqı dövlətlərinin tənqidinə tuş gəlib. Bunun isə əsas səbəbi Kanada ilə ABŞ arasına intriqa salmaq və ölkənin ziftli qum hövzələrinə sahib olmaqdır. Kanadanın neftli qumları Avropa dövlətlərinin ələ keçirmək istədiyi ən böyük qənimətlərdən biridir. Həqiqətən də ABŞ strateji və şəxsi maraqlar naminə demək olar ki, Albertanı tamamilə ölü zonaya çevirib. Bütün bunları nəzərə alan Kanadanın Baş naziri Stepan Harper bölgənin ekoloji təmizliyini qorumaq üçün Albertanı araşdırmaq qərarını verib. Kanadalı şirkət Ottavanın səylərini nəzərə alaraq 3200 kilometrlik neft kəməri çəkdirmək qərarını verib. Obama hökuməti isə Kanada neftinə birtərəfli sahib olmaq üçün Albertandan Texasa qədər böyük bir boru kəməri çəkdirmək işini öz öhdəsinə götürüb. Kembric araşdırma qrupunun rəyinə görə proyekt baş tutacağı təqdirdə Albertan ABŞ-ın ən böyük neft qaynağına çevriləcək. Təxmini hesablamalara görə regiondan idxal edilən neftin miqdarı Səudiyyə Ərəbistanı və Küveytdən ABŞ-a ixrac edilən xam neftə bərabər olacaq. Kembricə görə 2030-cu ildə Albertan nefti ABŞ-ın neft idxalının 36%-ni təşkil edəcək. Bölgə son 10 ildə ABŞ-ın ən əhəmiyyətli neft bazasına çevrilib. Ağ Ev Albertanı Avropanın diqqətindən yayındırmaq üçün gizli saxlayır. Kanadanın məlum 178 milyard barrel neftinin böyük bir qismi bu bölgədə toplanıb. Albertanın neft mədənlərindəki xammalın miqdarı Səudiyyə Ərəbistanının ehtiyatlarından az fərqlə geridədir. Kanada hökuməti isə ziftli qumlardan yalnız 1.9 milyon barrel neft hasil edə bilir. Oklahomada yerləşən "Devon Energy" adlı şirkətin Kanadadakı əməliyyatlarının idarəçisi Kris Sizns Amerika mətbuatına açıqlamasında bildirib: "Əgər iqtisadiyyatınızı qorumaq istəyirsinizsə və xam neftə ehtiyacınız varsa Kanadanın ziftli qumlarında baş yormaq lazımdır". Devon isə hal-hazırda Kanadanın Conklin bölgəsində gündə 35 min barrel neft çıxarır. Şirkət 2020-ci ilə qədər isə BP ilə birlikdə gündəlik əldə etdiyi neftin miqdarını 200 min barrelə çatırmaq istəyir. Hasilat Küveytdən Amerikaya idxal edilən neftin miqdarına qədərdir. "TransKanada" şirkəti qum hövzələrindən çıxarılan nefti daşımaq üçün analoqu olmayan Keystoun adlı boru kəməri şəbəkəsi inşa edir. İlkin olaraq neft ABŞ-ın İllionis ştatına, oradan da Keystoun-XL adlı kəmər vasitəsilə Texasa axıdılacaq. Planlar baş tutacaqğı təqdirdə Kanada Amerikaya gündə 1.1 milyon barrel neft ixrac edəcək.  Kanadanın qum hövzələrindən alınan neft ABŞ-ı Meksika və Venesuela neftdən imtina etdirə bilər. "Council of Foreign Relations"un mütəxəssisi Maykl Levi isə bu barədə irəli sürülən iddiaların əsassız olduğunu bildirib və planın baş tutmayacağını deyib. ABŞ-ın Təbii Resursların Qoruma Şurasının rəsmisi Suzan Kesi Lefkovitz isə açıqlamasında bildirib ki, Amerikanın idxal etdiyi xam neft qaynaqlarına Kanadanın qumlu hövzələrinin daxil olması Prezident Barak Obamanın regionun ekoloji təmizliyinin qorunması sərəncamına uyğun deyil. ABŞ dövlət rəsmilərinin təzadlı açıqlamalarının məntiqi nəticəsi Ağ Evin Kanadanın saysız miqdarda təbii ehtiyat mədənlərinə təktərəfli qaydada sahib olmaqdır. De-fakto bu gün rəsmi Ottava Vaşinqtondan asılı vəziyyətdədir. Ölkə hökuməti demək olar ki, Amerikasız müstəqil qərarlar qəbul etmək iqtidarında deyil. ABŞ Kanadanın bütün iqtisadi və təbii potensialına sahibdir. Ölkənin bütün neft ehtiyatlarının borular vasitəsilə ABŞ-a axıdılması irəli sürülən iddialara əsas verir. Kanada Ağ Evin icazəsi olmadan heç bir dövlətə neft ixrac etmək gücünə malik deyil. Kanada düşüncə tərzinə görə Amerikasız Kanada mümkün ola bilməz. Bunun da əsas səbəbi ölkənin bütün iqtisadi strukturlarının Amerika iqtisadiyyatı üzərində inşa edilməsidir. Bu isə o deməkdir ki, ABŞ geri çəkiləcəyi təqdirdə Kanada dövlət kimi çökə bilər. Kanadaya sahib olmaq üçün bu əsas strateji xəttdir. Kanadanı işğal edərək ölkənin təbii ehtiyatlarına yiyələnmək Avropa dövlətlərinin əsas xarici siyasət xəttidir, xüsusən də İngiltərənin. Rəsmi London bir neçə il bundan qabaq müstəmləkə ambisiyasını açıq şəkildə ortaya qoydu. İngiltərənin bu planına etirazı qarşısında rəsmi Londonun Kanada kökumətinə cavabı bu oldu ki, istənilən ölkənin özünün xarici siyasət planı var. Lakin ABŞ-ın sərt xəbərdarlıqlarından sonra İngiltərə geri çəkilmək məcburiyyətində qaldı. Çünki Kanada ABŞ və geniş yəhudi lobbisi tərəfindən mühafizə olunur. İngiltərə və digər müstəmləkəçi Avropa dövlətləri (Fransa, Almaniya) Kanadanı işğal planını reallaşdırmaq üçün ABŞ-ın çökməsi gözləməli olacaqlar. İndiki məqamda isə dünyada nəhəng iqtisadiyyat monopoliyasına görə lider ABŞ-ın çökməsini və dünyanı işğal planı üçün fəaliyyətini daha da radikallaşdıran yəhudi lobbisinin işğalçılıq ambisiyalarından geri çəkilməsi mümkünsüzdür!

Mənsur Rəğbətoğlu 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31